"Çelsi"nin baş məşqçisi istefaya gedir? - Həmin matçdan sonra...

"Çelsi"nin bir neçə futbolçusu klub rəhbərliyini baş məşqçi Maurisio Poçettinonu istefaya göndərməyə çağırıb.

 

Sfera.az bildirir ki, İngiltərə çempionatının 30-cu turunun matçında "Çelsi" "Bernli" ilə heç-heçə edib (2:2). Bu matçdan sonra "Çelsi"nin bəzi futbolçuları London klubunun rəhbərliyi ilə danışıb və məşqçidən narazılıqlarını bildiriblər.

 

Qeyd edək ki, "Çelsi" hazırda İngiltərə çempionatının turnir cədvəlində 40 xalla 11-ci yerdədir. Komanda növbəti mərhələdə “Mançester Yunayted”lə qarşılaşacaq.

 

Poçettino isə 2023-cü ildən "Çelsi"yə rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədərdir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR