Daha bir cüdoçumuz finalda uduzdu
İdman
23:17 / 31.03.2024
12360
Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
Sfera.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Vüqar Talıbov finalda yaponiyalı Sanşiro Murao ilə bacarmayıb.
Bununla da milli komanda yarışı iki gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kiloqram) də ikinci yeri tutub.
Qeyd edək ki, Azərbaycan turnirdə 9 cüdoçu ilə təmsil olunub.