Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası KEÇİRİLDİ

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası KEÇİRİLDİ

Azərbaycan Karate Federasiyasının (AKF) İdarə Heyətinin iclası keçirilib.

 

Sfera.az AKF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.

 

Bildirilib ki, təkcə dekabrda 3 seminar təşkil olunub və bu tədbirlərdə ümumilikdə 92 məşqçi-müəllim iştirak edib. İclasda həmçinin AKF-nin regionlar üzrə nümayəndəliklərinin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə olunub. Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə AKF rəhbərliyinə təqdim ediləcək.

 

Toplantıda AKF-də fəxri prezidentlik institunun yaradılması da müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib. İclasın sonunda tamamlanma mərhələsində olan qurumun rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.


OXŞAR XƏBƏRLƏR

Paris olimpiadasındakı yarış hava şəraitinə görə təxirə SALINDI

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında küçə skeytbordinqi yarışının ilkin və final mərhələsi təxirə salınıb.   ...

Mikayıl Cabbarov bu müəssisələrin fəaliyyəti ilə TANIŞ OLDU

Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq iqtisadiyyat naziri Mika...

Qonşu ölkədə ZƏLZƏLƏ - Dağıntı və tələfat...

Gürcüstanda 4,3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin şimal-q...

Trampın sui-qəsd cəhdi zamanı güllələndiyi TƏSDİQLƏNDİ

Donald Trampın mitinqdə güllə və ya onun parçaları ilə yaralandığı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bür...

İranın yeni seçilən prezident sabah AND İÇƏCƏK

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah iyulun 28-də səhər saat 10-da keçiriləcək.   Sfera.az xəbər verir ki, “...

Bakıda bu tarixdə toy etməyə icazə OLMAYACAQ? - AÇIQLAMA

Noyabr ayında toy etmək istəyənlər azdır. Hətta, əvvəldən verilmiş bəzi sifarişlər ləğv edilir.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, vətənda...