\"Qalatasaray\" \"Qarabağ\"ın futbolçusunu transfer etmək istəyir 

\

"Qalatasaray" son vaxtlar Azərbaycandan futbolçu axtarışları ilə gündəmə gəlir.

 

Sfera.az "Fanatik"ə istinadən xəbər verir ki, "Qalatasaray"ın idman direktoru Cenk Ergün ötən il  "Qarabağ"la özəl matçdan sonra klubun U-16 komandasının futbolçusu Nihat İsgəndərovu da özü ilə İstanbula aparıb.

 

İki klub arasındakı razılaşmadan sonra İstanbula gedən Nihat İsgəndərov bir müddət Floryada məşq edib, sonra isə Azərbaycana qayıdıb. İsgəndərovun göstərdiyi performans klubun məşqçiləri tərəfindən yüksək qiymətləndirilib.


Hazırda "Qalatasaray" oyunçunun transferini dəyərləndirir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR