\"Qarabağ\" növbəti qələbəsini qazandı

\

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

 

Sfera.az xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edib.

 

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin qollarını 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə Juninyo Olavio vurub.

 

Xallarının sayını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə yer alır.


OXŞAR XƏBƏRLƏR