Millimizin baş məşqçisi: “Lukaku hələ ideal formada deyil”

Millimizin baş məşqçisi: “Lukaku hələ ideal formada deyil”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika yığmasının hücumçusu Romelu Lukakunun komandamıza qarşı AVRO-2024-ün seçmə mərhələ oyunundakı performansı barədə danışıb.

 

Sfera.az xəbər verir ki, italiyalı mütəxəssis ideal formada olmamasına baxmayaraq, forvardın yığmanı təzyiqdə saxladığını deyib:

 

“Lukaku hələ ideal formada deyil, amma inkişaf edir. Bizimlə görüşdə də bütün xüsusiyyətlərini göstərdi. Lukaku bizi daim təzyiqdə saxladı. Arxası qapıya həmişə yaxşıdır. Yarımmüdafiədən dəstək verilsə, onu dayandırmaq çox çətin olar. Lukakunu reaktiv gördüm, meydanda xeyli vaxt oldu. İndi sadəcə, müntəzəm oynamalıdır. Fiziki gücü var, tam forma yığandan sonra yırtıcı olacaq. “Roma” üçün əla transferdir, onlara belə hücumçu lazım idi. Lukaku Dibala ilə əla performans sərgiləyəcək”.

 

Qeyd edək ki, “Dalğa Arena”da keçirilən Azərbaycan - Belçika matçında qonaqlar qələbə qazanıb - 0:1.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...