"Lotu Quli"nin düşməni azad edilərək Bakıya göndərildi - FOTO - VİDEO

Kriminal dairələrdə "Emin Hacıqabullu” kimi tanınan azərbaycanlı Emin Əhmədov yanvarın 25-də Rusiyada azadlığa buraxılıb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, 36 yaşlı azərbaycanlı Krasnoyarskda cəzasını çəkirdi.

O, soyğunçuluq, mütəşəkkil cinayətlər və qətl cəhdinə görə 2007-ci ildə ittiham edilmişdi. Emin Əhmədov 13 il həbsdə olub. Cinayətkar bu vaxt ərzində Çuvaşıya, Kareliya, Maqadan və Vladimir vilayətlərində, həmçinin Krasnoyarsk diyarında cəza çəkib. Həbsdən azad edilməsi ilə Rusiyanın Daxili İşlər Nazirliyi onu arzuedilməz şəxs elan edib. Emin Əhmədov yanvarın 26-da Bakıya uçmalı olub.

Tədqiqatçılarla söhbət zamanı Emin Əhmədov özünü "böyük hərflə oğru” adlandırsa da, onun statusu təsdiq edilməyib. Ona həqiqətən Moskvada 2013-cü ildə tac qoyulmuşdu. Məşhur kriminal oğru Ded Xasanın qətlindən sonra tezliklə məlum oldu ki, bu qərar bir nömrəli azərbaycanlı "qanuni oğru” Nadir Səlifovla ("Lotu Quli") razılaşdırılmayıb. O, Nadir Səlifovla açıq qarşıdurmada olması ilə tanınır.



OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...