Yol polisi kəmərə görə saxladığı sürücünün maşınından narkotik tapdı

Yol polisi kəmərə görə saxladığı sürücünün maşınından narkotik tapdı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Kürdəmir rayonu ərazisində yerləşən postda “VAZ-21110” markalı avtomobilin sürücüsü, Ağstafa rayon sakini Ramil Abbasov təhlükəsizik kəmərindən istifadə etmədiyinə görə saxlanılıb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, sürücünün narkotik vasitə qəbul etməsi polis əməkdaşları tərəfindən müəyyənləşdirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.

Avtomobilə baxış zamanı isə oradan bir bükümdə narkotik vasitə aşkarlandığından o, Kürdəmir Rayon Polis Şöbəsinə təhvil verilib.

 

Fərid


OXŞAR XƏBƏRLƏR