Yol polisi bloqerlərə müraciət etdi - Təbliğat işində bizə kömək edin!

Yol polisi bloqerlərə müraciət etdi - Təbliğat işində bizə kömək edin!

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol qəzaları ilə bağlı bloqerlərə müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində paytaxt ərazisində xeyli işlər görülsə də, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil: “Hətta olduqca ciddidir. Belə ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır.

Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir ki, bu da bizi, eləcə də ictimaiyyəti ciddi şəkildə narahat edir”.

A.Əsgərli qeyd edib ki, bu dönəmdə sosial şəbəkələrdə daha çox bayağı məlumatlar paylaşılır, bayağı informasiyalar verilir: “Heç bir ictimai mesajı olmayan məslələrə toxunulur. Buradan bloqerlərə müraciət edərək bildirmək istəyirik ki, bu cür ciddi məsələlərə toxunsunlar. Biz onlara dəstək olmaq üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Sosial şəbəkələrdən aktiv istifadə edən hər kəs cəmiyyəti bu mövzuda maarifləndirsə, yaxşı olar. Məsələn, Taleh Yüzbəyov, Bəhram Bağırzadə və başqaları bu mövzuları işıqlandırsalar, biz onlara əlimizdən gələn köməkliyi göstərərik”.


OXŞAR XƏBƏRLƏR

100 gün “McDonald's” yeməyi yeyib arıqlamağı planlaşdırır

ABŞ-da Tennessi ştatının 57 yaşlı sakini Kevin Maginnis 100 gün ərzində eksklüziv olaraq “McDonald's” yeməklərini yeməyə qərar verib. O, nəticəl...

50 yaşlı Viktoriya Bekhem 25 ildir ki, belə qidalanırmış - "Dərimə görə yalnız..."

Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem ciddi pəhrizə riayət etməyin vacibliyini açıqlayıb. Sfera.az xəbər verir ki, onunla müsahibəni "The...

Rihannanın bu görünüşü müzakirələrə səbəb oldu - FOTO

Müğənni Rihanna kosmetika brendi "Fenty Beauty"nin tədbirində üçüncü dəfə hamilə qalmaqda şübhəli bilinib. Sfera.az xəbər verir ki, sözügedən şəkil...

Daha bir ölkədə güclü ZƏLZƏLƏ OLDU

Qazaxıstanın şərqində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.   Sfera.az xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb...

Türkiyədə neft emalı zavodunda PARTLAYIŞ

Türkiyənin İzmit şəhərində yerləşən TÜPRAŞ neft emalı zavodunda baş verən partlayış zamanı 12 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, TÜPRAŞ-ın r...

Təyyarə qəzası: Ekipaj heç bir problem və ya nasazlıq barədə məlumat verməyib

Bu gün səhər saatlarında DHL çatdırılma xidmətinin “Boeing 737” təyyarəsi Litvanın paytaxtı yaxınlığında qəzaya uğrayaraq ikimərtəbəli yaşayış binas...