Toydan gələn "BMW X5" sürücüsü onu saxlayan yol polisini DÖYDÜ - İSMAYILLIDA

Toydan gələn

İyulun 24-də İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Avtosfer.az -a İsmayıllı Rayon Prokurorluğundan məlumat verilib. Araşdırmalarla müəyyən edilib ki, İsmayıllı RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti inspektoru Bəhram Bəhramlı İsmayıllı şəhəri, M.Orucov küçəsində xidmət apardığı zaman “BMW X5” markalı, 90-MP-065 dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna yol verildiyinə görə dayandırdıqda sürücü Ruslan Maxsudov polis əməkdaşına müqavimət göstərməklə əlləri ilə Bəhram Bəhramlının üz və boyun nahiyəsinə zərbələr endirərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Ruslan Maxsudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət işi üzrə istintaq davam edir.

Sürücü toydan gəlirmiş.

 

Emin


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...