İçki məclisindən sonra “ağıllı ol” sözü cinayətə səbəb oldu - MƏHKƏMƏ

İçki məclisindən sonra “ağıllı ol” sözü cinayətə səbəb oldu - MƏHKƏMƏ
 Quba rayonunda adam bıçaqlamaqda təqsirləndirilən Rəşad Aydəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sfera.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Telman Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında baş verib. Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov Qubanın Digah kənd sakini Coşqun Həsənbəyova bıçaqla xəsarət yetirib.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan R.Aydəmirov dindirilmə zamanı törətdiyi əməli etiraf edərək C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Məlum olub ki, Bakıda yaşayan və anasıgilə qonaq gələn R.Aydəmirov kafedə yeyib-içmək məclisi düzəldib:

"Sonra Coşqun gəldi ki, mən də istəyirəm sizinlə yeyib-içim. Gedib araq aldı, süfrəni düzəltdi. Hər şey normal idi. Çıxanda kafedə bir qohumumu gördüm. Ona zarafatla "ağıllı ol” dedim, bu qayıtdı ki, ona niyə elə dedin? Həmin adam da buna bizim zarafatımızın olduğunu bildirdi. Coşqun bir az sonra mənə "özün ağıllı ol” dedi və aramızda dava düşdü. Bir-iki dəfə qaldırıb vurdum yerə. Gördüm alınmır, mətbəxdən bıçağı götürdüm. Özüm də bilmədim, vurdum. Mənə lazım deyildi heç, onunla görüşməyimə də peşmanam”.

R.Aydəmirova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib. (report.az)

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...