No Image
No Image

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı haqqında yeni resurs yaradıldı - FOTO/VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı haqqında yeni resurs yaradıldı - FOTO/VİDEO
"Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazası təqdim edilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə törətdiyi Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması məqsədilə yaradılan resurs bazasında Xocalı faciəsinə  aid rəsmi sənədlər, beynəlxalq və yerli müəlliflərin akademik yazıları, Xocalı soyqırımı barədə beynəlxalq mediada yayımlanan materiallar, soyqırım şahidlərinin ifadələri toplanıb. Elektron baza tədqiqatçılar, tələbələr və Xocalı haqqında məlumat əldə etmək istəyən müxtəlif şəxslər üçün ümumiləşdirilmiş mənbə rolunu oynayır. 

Sfera.az xəbər verir ki, "Xocalı xarici mediada” bölümündə soyqırımın baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən qələmə alınan və dünyanın bir çox aparıcı media səhifələrində nəşr edilən xəbərlər yer alıb. 

"Resurs” bölməsində video çarxlar və sənədli filmlərlə yanaşı, Xocalı soyqırımını əhatə edən, beynəlxalq və yerli müəlliflər tərəfindən qələmə alınan akademik kitablar, elmi məqalələr, xarici fotoqraflar tərəfindən lentə alınmış və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri özündə əks etdirən fotolar, hadisəyə dair şahid ifadələri, soyqırımı pisləyən və qarşısının  alınmasına yönələn konvensiya və müqavilələr yer alır. 

Qeyd edək ki, bu günədək bir çox ölkələr Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini bəyan edən qətnamələr qəbul edib, bir sıra ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən abidələr qoyulub. www.khojalytoday.com resurs bazasının ‘”Beynəlxalq dəstək” bölməsində məhz buna yer verilmişdir. 

Resurs bazası həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi tərəfləri ilə, ermənilərin 30 ilə yaxın müddətdə işğal dövründə həmin ərazilərdə mədəni irsimizə və təbii sərvətlərimizə qarşı apardıqları vandalizm siyasətinə dair materiallarla tanış olmağa imkan yaradır. 
 




 







Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azad Rəhimovun icra başçısı olan qudası şəhid anasına qarşı kobudluq etdi

"Vətən Müharibəsinin beş ayı tamam olmamış bizə şanlı qələbə qazandırmış şəhidlərimizin valideynləri, əsgər və zabitlərimiz artıq unudulmaqdadırlar. Bəzi ra...

DİN-dən toylarla bağlı AÇIQLAMA: "Restoranların fəaliyyətinə icazə verilməsi..."

Daxili İşlər Nazirliyi növbəti dəfə restoranlarda toy keçirilməsinə şərait yaradılması haqda məsələyə münasibət bildirib. Sfera.az xəbər verir ki, DİN Mət...

Rüşvətlə razılıq, qonaqların ayrı-ayrı saatlarda dəvəti və... – Gizli toylar belə keçirilir

Ötən günlərdə müğənni Xatirə İslamın toylarla bağlı açıqlaması ciddi səs-küyə səbəb olmuşdu. Belə ki, ifaçının "Azərbaycanda gün ərzində 500-dən çox gizli toy...

“Kim yuxudan tez dursa, bir şlaqbaum qoyur” – Parkanmadan böyük pullar qazanan “X” şirkət kimindir?

"Uzun müddət keçməsinə baxmayaraq, ölkəmizdə həllini tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır. Prezidentin 2018-ci il 6 iyul tarixli ...

TƏBİB-dən koronavirusa yoluxanlara və həkimlərə VACİB MÜRACİƏT

Tibbi Əraziləri Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 xəstələri ilə çalışan həkim heyətinə və bu infeksiyaya yoluxmuş şəxslərə müraciət edib. Sfe...

50 nəfərlik toylara icazə verilmir, amma... – "İnsanları bezdirmək olmaz"

"Nazirlər Kabineti yanında Operativ  Qərargahın verdiyi qərarlar əksər hallarda yersizsizdir”. Bu sözləri Sfera.az-a açıqlamasında qadağalara rəğm...