No Image
No Image

Hərbi xidmətdəki tələbələrə görə bu qaydalarda dəyişiklik edildi

Hərbi xidmətdəki tələbələrə görə bu qaydalarda dəyişiklik edildi
Təhsil Nazirliyinin Kollegiyası qismən səfərbərliklə əlaqədar hərbi xidmətə cəlb olunan tələbələrin təhsilində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə akademik məzuniyyətin verilməsi qaydalarında dəyişiklik edib.

Sfera.az  xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov feysbuk hesabında bildirib.

 "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”dakı dəyişikliyə əsasən, tələbələrə verilən akademik məzuniyyət hallarının əhatə dairəsi genişlənib. Belə ki, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə buraxılacaqlar”, - deyə o qeyd edib. 

C. Valehov həmçinin bildirib ki, qərar noyabrın 24-dən qüvvəyə minib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şagirdlərin dərslərində geriləmələr var? - NAZİRDƏN CAVAB

Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. ...

Ali təhsil müəssisələrinin statistikası açıqlandı

"Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir”. Sfera.az xəbər evrir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhs...

Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək

"Uşaq bağçalarının fevralın 15-dək açılacağına ümid edirik. Ancaq hələ ki, bununla bağlı proqnoz vermək tezdir”. Sfera.az  xəbər verir ki, bunu təhsi...

Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ

Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək. Sfera.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən birifinqdə deyi...

Nazir: "Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır"

"Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır. Buradan yoluxanların sayını çıxırıq. Müvafiq plana uyğun olaraq 50 yaşdan yuxarı müəllimlərin vaksinasiya ...

Nazirdən təhsil haqqı ilə bağlı AÇIQLAMA

Bəzi hallarda təhsil haqqının ümumiyyətlə ləğv edilməsi və onların hamısının dövlət tərəfindən ödənilməsi təklif edilir. Əgər biz həmin sistemə keçsək, bu, o, d...