Həkim səhlənkarlığı: ana doğuş zamanı öldü
21:58 / 13.09.2021
1911
Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.
Sfera.az xəbər veri ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Zaur qızı Həziyeva qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.
Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.
Faktla bağlı araşdırma aparılır.
(Report)