“Hazırkı şəraitdə epidemiyanı yaymaq bizə ermənidən çox ziyan vura bilər”

“Hazırkı şəraitdə epidemiyanı yaymaq bizə ermənidən çox ziyan vura bilər”
 Qüdrət Həsənquliyev: "O xalqlar diplomatik və döyüş meydanlarında qalib gələ bilirlər ki, ən çətin şəraitdə belə qətiyyətli və soyuqqanlı olub özlərinə nəzarəti itirmirlər”

Aksiya möhtəşəm idi. Dünya birliyi və düşmənlərimiz bir daha gördü ki, xalqımız heç vaxt işğalla barışmayacaq və xalqımız torpaqlarımızın azad olunmasını tələb edir.

Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bu gecə Bakıda keçirilən ordumuza dəstək aksiyası haqda danışarkən deyib.
Qüdrət Həsənquliyev bildirib ki, aksiya zamanı bəzi təxribatçılar insanların emosional durumundan istifadə edib, onları Milli Məclisin binasına daxil olmağa çağırdılar:

"Təəssüf ki, bu baş verdi və bir qrup gənc MM-in binasına daxil oldu. Amma təxribatçılar polisin qətiyyətli davranışı sayəsində binadan çıxarıldılar və tezliklə şəxsiyyətləri müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaqlar.

Yeri gəlmişkən iqtidarın və polisin son dərəcə təmkinli davarınışı aksiyadan öz çirkin məqsədləri üçün istifadə etmək istəyən təxribatçıların planlarını pozdu və bu xüsusi qeyd olunmalıdır. İkinci təəssüf doğuran məqam ondan ibarət oldu ki, həm Sumqayıtda, həm Bakıda aksiya iştirakçılarının mütləq əksəriyyəti tibbi maskalardan isifadə etmirdi və bir-birlərinə çox yaxın dayanmışdılar. Ölkədə hazırkı şəraitdə epidemiyanı yaymaq bizə ermənidən çox ziyan vura bilər. O xalqlar diplomatik və döyüş meydanlarında qalib gələ bilirlər ki, ən çətin şəraitdə belə qətiyyətli və soyuqqanlı olub özlərinə nəzarəti itirmirlər”.

(axar.az)

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...