Hansı tələbələr sosial kredit ala biləcək? – Qaydalar müəyyənləşdi

Hansı tələbələr sosial kredit ala biləcək? – Qaydalar müəyyənləşdi
Güzəştli şərtlərlə təhsil krediti alacaq tələbələrin kateqoriyaları müəyyənləşib. 

Sfera.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təhsil tələbə kreditinin sosial və standart olmaqla 2 növü olacaq. 

Qaydalara əsasən yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 3-cü dərəcə əlilliyi olanlar, həmçinin hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası alanlar, yaşa görə sosial müavinət alanlar sosial kreditlərdən faydalanacaq. 

Sosial kreditlərdən tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) istifadə etmək hüququna malikdirlər.

Sosial kredit almaq hüququ olmayan, eləcə də aşağıdakı şərtləri təmin edən tələbələr bu hüquqdan istifadə edə biləcəklər: 

- Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər. 

- Digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar) və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
Akademik borcu olan tələbələr kredit ala bilməyəcəklər.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR