Hansı ölkədən hansı silahları ala bilərik? – Ekspert növbəti müharibə hazırlığını vacib sayır

Hansı ölkədən hansı silahları ala bilərik? – Ekspert növbəti müharibə hazırlığını vacib sayır
"Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq bütün istiqamətlər üzrə formalaşıb və bu gün də inkişaf tempi üzrə davam edir. Hərbi tədrisdən başlamış Silahlı Qüvvələrin müxtəlif qoşun növlərində birgə əməkdaşlıq, təlimlərin keçirilməsi, həmçinin hərbi-texniki sahədə satınalmalar, idxal-ixrac sahəsində geniş əməkdaşlıq mövcuddur”.

Bunu Sfera.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki,  təkcə Azərbaycan deyil, o cümlədən Türkiyə də bizdən silah və texnologiyanın satınalınmasına dair əməkdaşlıq edir:
 
"Təbii ki, Azərbaycan Türkiyə ilə müqayisədə daha böyük alıcıdır. Bunun əsas səbəblərindən biri də Türkiyənin daha rəngarəng və müasir tələblərə cavab verən müdafiə sənayesi məhsullarını istehsal etməsidir. Lakin ölkəmizin qarşısında duran əsas məqsədlərdən biri də əməkdaşlığın daha da genişləndirilməsidir.
 
Təkcə Türkiyə ilə deyil, dünyanın müdafiə sənayesi şirkətləri inkişaf etmiş ölkələri ilə əməkdaşlıq qurulmalıdır. Türkiyə əsas istiqamət deyil. Burada Qərb ölkələrinin, xüsusilə Amerika, Böyük Britaniya, Almaniya, Fransa , Çin, Pakistan kimi ölkələrin hərbi sənaye şirkətləri ilə əməkdaşlıq, birgə layihələrin icra olunması önəmlidir. İstərdim ki, Azərbaycan daha müasir məhsulların əldə edilməsinə nail olsun”.

Ekspert xatırladıb ki, Qarabağ münaqişəsinin həllinə qədər Azərbaycana Qərb tərəfdən rəsmi və ya qeyri-rəsmi müəyyən embargolar qoyulurdu: "İnanıram ki, bundan sonra bu məhdudiyyət aradan qalxar və Azərbaycan adını sadaladığım ölkələrlə bu sahədə yüksək səviyyədə əməkdaşlıq formatı yarada bilər. Hansı məhsulların əldə edilməsini isə təyinatı üzrə demək mümkündür. Əlbəttə, Azərbaycan müasir ordu quruculuğunu formalaşdırmış və inkişaf mərhələsində olan  bir dövlətdir.
 
Hesab edirəm ki, ölkəmiz artıq hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, quru qoşunlarının istifadəsi üçün daha müasir texnologiyaların əldə edilməsi, bundan başqa pilotsuz uçuş aparatları sahəsində yeni satınalmaların həyata keçirilməsi və ya Azərbaycanda istehsalına dair işlərə başlayacaq. Ordunun əsas tələbatı da məhz bu kimi istiqamətlər olacaq”.

Yeni müharibənin baş verməsi ehtimalından söz açan R.Məmmədli bunun mümkün olacağını qeyd edib: "Bunu icra edəcək tərəf də Ermənistandır. Lakin məsuliyyət daşıyan tərəf əlbəttə, Rusiya olacaq. Çünki Rusiyanın hazırkı mövqeyi Azərbaycan xalqı tərəfindən qənaətbəxş hesab olunmur. Məğlub tərəf olan Ermənistan yenidən dirçəlməyə can atır, xüsusən də Qarabağda vacib mövqelərin hələ də ermənilərdə qalması xalqımızı narahat edir. Məsələn, Xocalı şəhəri, Xocavənd rayonunun digər qalan hissəsi, Ağdərə və  Xankəndi. Ümumilikdə götürəndə Azərbaycan ordusunun imkanları məhz qeyd etdiyim ərazilərin də işğaldan azad olunması üçün hər hansı məhdudiyyət yaratmır. Təəssüf ki, bu olmadı.
 
Rusiya üzərinə öhdəlik götürdü ki, Ermənistan tələbləri icra edəcək. Ermənistan onda qalan rayonları qaytarsa da, digər Dağlıq Qarabağ ərazisində olan yaşayış məntəqələrini – Qaradağlı, Malıbəyli, Quşçular və.s  bunların azad olunması üçün hər hansı addım atmadı. Bununla bağlı lazımı tədbirlərin görülməsi vacibdir. Narahatedici məqamlardan biri də odur ki, sülhün bərqərar olunması üçün Azərbaycan siyasi iradə nümayiş etdirsə də, Ermənistandan bunu görmürük. Qarabağda olan separatçı ünsürlər hələ də həmin ərazilərdə istədiklərini edirlər. Bunların mövcud olması müharibə ehtimalını heçə salmır”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...