Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu
11:45 / 28.02.2017
1180
Ermənistan ərazisində zəlzələ olub.
Sfera.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:28-də Ordubaddan 37 km şimal-şərqdə, Ermənistan ərazisində qeydə alınıb.
3.5 maqnituda, 11 km dərinlikdə baş verən yeraltı təkan Ordubad ərazisində 3 bala qədər hiss olunub.