Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı + YENİLƏNİB

Şəmkirdə 7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.
Sfera.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KAMaz" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
08:56
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin və xəsarət alanların kimliyi məlum olub
Qəzada ölənlər - 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977, Bakı sakini), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.
Xəsarət alanlar isə 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, Kamran Məmmədov (1969), Nərmin Əliyeva (2004), Məcid Qəribov (1995) və Bəkinaz Gözəlovadır (1970).
Faktla bağlı araşdırma aparılır.
08:26
Şəmkirdə ağır yol qəzası baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. (Report)