Traktorda meyit tapıldı

Hadisə
15:09 / 13.07.2025
6227
Qazaxda əkin sahəsində orta yaşlı kişi meyiti aşkarlanıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Ağköynək kəndi ərazisində qeydə alınıb.
Ağstafa rayon sakini S.Qurbanovun meyiti özünə məxsus olan traktorda tapılıb.
İlkin ehtimala görə, orta yaşlı kişinin ölümünə səbəb ürəktutması olub. O traktorla əkin işləri görürmüş.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.