Azərbaycanda zəlzələ baş verdi

Hadisə
10:49 / 12.07.2025
5354
İsmayıllıda zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:18-də Piriqulu stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində 3,8 maqnitudada qeydə alınıb.
Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.