Bakıda ev yandı

Bakıda ev yandı

Bakının Nəsimi rayonunda yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən  Sfera.az-a verilən xəbərə görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 11 m² sahədə yanıb.

 

Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə, mənzilin çöl divarına qurlaşdırılan 1 ədəd kombi aparatı, 1 ədəd kondisioner və digər mənzilin pəncərələri qismən əriyib.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, onlardan 2-si tüstüdən zəhərlənib.

 

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR