Bakıda ağır qəza: ölənlər var

Hadisə
22:47 / 23.04.2025
4337
Lökbatanda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, aprelin 23-də saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hunday” markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
"Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb.
İstintaq araşdırması aparılır"- deyə o əlavə edib.