Xəzər dənizində zəlzələ oldu

Hadisə
14:30 / 14.04.2025
6288
Xəzər dənizində zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı Yerin 72 kilometr dərinliyində olub.