Sabah bu ərazilərdə işıq olmayacaq


Sabah bu ərazilərdə işıq olmayacaq

Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir işlərinin aparılması və yeni Transformator Məntəqəsinin quraşdırılması işləri ilə əlaqədar 7 aprel tarixində bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq.

 

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 16:00-dək Sulutəpə və Xocəsən qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


OXŞAR XƏBƏRLƏR

Milyarder "Əbədi yaşamağa" çalışarkən səhv etdi

Qabaqcıl texnologiyadan istifadə edərək qocalmanı dayandırmaq cəhdləri ilə tanınan milyarder biohaker Brayan Conson bir tibbi dərman qəbul etməyin ciddi yan təs...

Buraxılış imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq

Martın 2-də keçirilmiş buraxılış imtahanlarının cavablarının bu həftənin sonuna elan olunacağı gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Dövlə...

Ədalət Şükürov bu yolla arıqlayıb

Əməkdar artist Ədalət Şükürov arıqlamasının sirrini açıqlayıb.   Sfera.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi idm...

Bakıda ərini bir mesaja görə baltalayan qadın AZADLIĞA BURAXILDI

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində ərinə balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Lalə İmaşova iki illik məhkəmə çəkişmələrindən sonra bu gün...

Rusiyanın bu hava limanında məhdudiyyətlər tətbiq edildi

Rusiyanın Volqoqrad şəhərində Qumrak hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub.   Sfera.az xəbər verir ki, bu haqda Rusiya Federal...

Ayda 5 milyard: İndoneziya yumurtaları ABŞ rüsumları ilə dəyişmək istəyir

İndoneziya yumurtaları ABŞ ilə danışıqlar vasitəsi kimi görür. Ölkədə yumurtanın artıqlığı 288,7 min ton və ya ayda 5 milyard yumurtaya bərabərdir.   S...