Bu ərazilərdə qaz kəsildi

11:51 / 04.04.2025
6837
Abşeron rayonu, Qobu qəsəbəsinin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qəsəbədə ötən gün avtoqəza nəticəsində qaz xətti yararsız hala düşüb. Bu səbəbdən aprelin 3-də saat 23:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Hazırda təmir-bərpa işləri aparılır.