Tanınmış iş adamı vəfat etdi

Tanınmış iş adamı vəfat etdi

Azərbaycanın tanınmış iş adamı - “ASPİ GLASS” Şirkətlər Qrupunun prezidenti Adil Yusifov 65 yaşında vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun ailə üzvləri məlumat verib.

 

Bildirilib ki, son bir ildə iş adamının səhhətində ciddi problemlər olub. O, başında yaranan bədxassəli şiş xəstəliyindən (xərçəng) əziyyət çəkirmiş. A.Yusifov Türkiyədə müalicə olunsa da, bunun bir nəticəsi olmayıb. Son zamanlar isə yerimə qabiliyyətini itiribmiş.

 

Mərhum Bakının Yasamal qəbiristanlığında dəfn olunub.

 

Qeyd edək ki, A.Yusifov 1960-cı ildə Bakıda anadan olub. Uzun illərdir bizneslə məşğul olub. Onun sahibi olduğu “ASPİ GLASS” Məhdud Məsuliyyətli Cəmiyyəti əsasən şüşə qablar istehsal edir. Şirkətin nizamnamə kapitalı 1 milyon 267 min manatdır.


OXŞAR XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ: Bakının bu rayonlarında qaz olmayacaq

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik Südçülük Sovxozu və Binə Atçılıq ərazisində qaz xətlərini...

"Aşk-ı Memnu"nun aktyorları 15 ildən sonra -FOTO

"Aşk-ı Memnu" serialında birgə rol alan aktyorlar Selçuk Yöntem və Kıvanç Tatlıtuğ uzun aradan sonra bir araya gəlib.   Sfera.az xəb...

Acun Ilıcalıdan haqqındakı ittihamlarla bağlı açıqlama

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan araşdırmalar çərçivəsində barəsində 5 il 3 ay həbs cəzası tələb olunan iş adamı Acun Ilı...

Kloze yenə Mahir Emrelidən danışdı: “Qarşıdakı derbiyə hazırlaşır”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Mahir Emrelinin Almaniya II Bundesliqasının 26-cı turunun "Qroyter"ə qarşı keçirəcəkləri oyundakı...

On gündə təbiətə 381 minlik ziyan vurulub

Bakı və Sumqayıt şəhərləri, Abşeron, Salyan və Göyçay rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.   Sfer...

Azərbaycanda balın qiymətində KƏSKİN ARTIM

2024-cü ildə Azərbaycanda istehsalçılar balın 1 kiloqramının orta satış qiyməti 28,6 manata satıblar.   Sfera.az Dövlət Statistika Komitəsinə is...