Bakıda ev yandı

Bakıda ev yandı

Bakıda ev yanıb.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 9 paq.m mebel, 3 ədəd məişət avadanlığı və evə bitişik, ümumi sahəsi 54 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb.

 

Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR