Yeniyetmələr arasında cinayətlər niyə artır, qarşısını necə almaq olar? - AÇIQLAMA

Yeniyetmələr arasında cinayətlər niyə artır, qarşısını necə almaq olar? - AÇIQLAMA

Son 3 gündə 3 məktəbli cinayət hadisəsi törədib. Daha əvvəl Xaçmaz və Şəmkir rayonlarında da yeniyetmələr arasında bıçaqlanma hadisələri qeydə alınıb. Rəsmi statistikaya görə, son illər yeniyetmələrlə bağlı cinayət hadisələrində artım müşahidə olunur. Belə ki, 2023-cü ildə 494, 2022-ci ildə 433 yeniyetmə cinayət törədib. Rəsmi statistikada yeniyetmələrin törətdiyi cinayətlər arasında əsas yeri oğurluq tutur. Sonrakı yerdə qəsdən sağlamlığa ağır zərər vurma gəlir.Cinayətlərin artım dinamikasına uyğun olaraq yeniyetmə məhkumlar da çoxalıb.Təkcə 2023-cü ildə 14-17 yaşda olan 310 yeniyetmə müxtəlif cinayət hadisələrinə görə məhkum olunub.2022-ci ildə məhkum olunmuş yeniyetmələrin sayı 258 nəfər təşkil edib.

 

Bəs yeniyetmələr arasında cinayətlərin artmasının əsas səbəbləri nədir? Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Universitetinin "Sosial işin təşkili" kafedrasının dosenti Aynur Bünyatova bildirib ki, yeniyetmələr arasında cinayətkarlığın artması son illərdə ciddi narahatlıq doğuran problemə çevrilib. Sosioloq qeyd edib ki, bu artımın əsas səbəbləri arasında bir neçə psixoloji və sosial faktorları göstərmək olar:

 

“Yeniyetmələrin emosiya və impulslarını idarə etmə bacarığının yetərsizliyi, ailədaxili problemlər, sosial təcrid və valideyn nəzarətinin zəifliyi mühüm rol oynayır. Eyni zamanda, cinayətkar davranışların sosial mühitdə modelləşdirilməsi və sosial-iqtisadi problemlər yeniyetmələr arasında cinayətlərin artmasına şərait yaradır. Məktəblərdə psixoloji dəstəyin yetərsizliyi, sosial xidmətlərin yeniyetmələrə əlçatan olmaması da bu problemin daha da dərinləşməsinə səbəb olur”.

 

A.Bünyatovanın sözlərinə görə, cinayətkarlığın qarşısını almaq üçün ilk növbədə yeniyetmələrin sosial-emosional bacarıqlarını gücləndirmək, məktəblərdə psixoloji dəstək və reabilitasiya proqramları tətbiq etmək zəruridir. O vurğulayıb ki, valideynlər üçün təlim proqramları və cəmiyyət daxilində sosial-iqtisadi problemlərin həlli də mühüm addımlar kimi qeyd oluna bilər.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Baş prokuror Türkiyə Respublikasının Ədliyyə naziri ilə görüşdü - FOTO

Oktyabrın 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Ədliyyə naziri Yılmaz Tunçla görüşüb   Sfera.az xəbə...

Cövdət üçüncü dəfə aktrisa ilə evlənir

Aktyor Cövdət Şükürovun toyudur.   Sfera.az-ın əldə etdiyi məlumata görə, məclis oktyabrın 9-da olacaq. Cövdət aktrisa Gülçin Qasımova ilə evlənir. ...

"Qırmızı körpü”də 350 avtomobil gözləyir

“Qırmızı körpü” gömrük postunda 350 avtomobil gözləyir.   Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sfera.az-a bildirilib ki, &ld...

Siqaretlə bağlı cərimələr ARTIRILIR

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır.   Sfera.az xəbər verir ki, bu, İnzibati Xətal...

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşdü

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini ...

Siqaret çəkənlərə VACİB XƏBƏR - Cərimənin məbləği kəskin artırılır!

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır.   Sfera.az xəbər verir ki, bu, İnzibati Xətal...