Aparıcı azyaşlı qızının ölümündən DANIŞDI: "Deyirlər uşaq qüsurlu olub, amma..."

Aparıcı azyaşlı qızının ölümündən DANIŞDI: "Deyirlər uşaq qüsurlu olub, amma..."

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadə 2 yaşlı qızının Səbail rayonu ərazisində yerləşən "Candy Kids" adlı özəl uşaq bağçasında dünyasını dəyişməsindən danışıb. 

 

Sfera.az xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında hadisə barədə bunları deyib:

 

"Özüm də tam anlaya bilmirəm ki, nə baş verib. Mənə hələ indi çatır ki, körpəm vəfat edib. Deyirlər uşaq anadangəlmə ürək qüsurlu olub. Ekspertizanın cavablarını araşdırmağa çalışıram. Amma uşaq anadan olandan 3 gün sonra çek-up, dopler etdirmişəm. Dabandan iliyinə qədər analizlər götüzdürmüşəm. Üç ay əvvəl öskürürdü. Həkim müayinəsi etdirdim. Heç bir qüsur çıxmadı. Anlaya bilmirəm nə məsələdir".

 

Həmid Əsədzadə övladının yıxılması ilə bağlı deyilənlərə də münasibət bildirib: 

 

"Yıxılıb, amma xəsarət yoxdur. Özündən gedərək yerə yıxılıb. Daha sonra ağlamağa başlayıb. Uşağı ayağa qaldırıblar. Anlaya bilmirəm... Görüntülərə də baxa bilmirəm". 

 

Həmid Əsədzadə bildirib ki, uşağın nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinədən keçirilib: 

 

"Anası razı deyildi, amma dedim ki, uşaq müayinə olunsun. Cavabları tam 15 gündən sonra çıxacaq. Övladım 3-4 ay idi ki, sözügedən bağçaya gedirdi. Anası ilə eyni yerdə çalışdığımız üçün bağça bizim işimizə daha yaxın idi. Gün ərzində kamera ilə də izləyirdik. "Candy Kids" uşaq bağçasını ər-arvad işlədir. Onları dərindən tanımıram. Hadisə baş verəndən sonra uşağı poliklinkaya (xəstəxanaya) bağçanın aşpazı çatdırıb. Dünən soruşdum ki, bəs uşağın müəllimi harda olub? Dedilər rayona gedib. Uşaqlara aşpaz baxırmış. Buna çox əsəbləşdim. Xəstəxanaya bağçadan heç kim gəlməyib. Bu məni çox əsəbləşdirdi. Dedim ki, bəlkə siz nəsə bilirsiniz, gəlin deyin. Bağça rəhbərliyi cavab olaraq dedi ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına izahat verirmişlər. Onlar daha sonra məscidə gəldi".


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...