İlqar Mustafayev HƏBS EDİLDİ - FOTO

İlqar Mustafayev HƏBS EDİLDİ - FOTO

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

“İbtidai istintaqla həmin İdarənin İdarə Heyətinin sabiq sədri Mustafayev İlqar Əziz oğlunun 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir".

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,04 ABŞ dolları, yaxud 0,05 % azalaraq 76,97 ABŞ dolları təşkil edib. ...

Şahzadə Keyt Uilyamı Harri ilə barışdırmağa razı salıb - FOTO

Keyt Middlton əri Şahzadə Uilyamı şahzadə Harrini ad günü münasibətilə təbrik etməyə razı salıb.   Sfera.az bildirir ki, 2021-ci ildən bəri kral ailəsi...

Antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur

Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur. &n...

Bakıda tələbə “Audi” ilə qəza törətdi - ÖLƏN VAR

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan ...

Bu yollarda tıxac var

Bakının bir sıra yollarında tıxac yaranıb.    Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mər...

Dünyanın ilk seriyalı qatili qadın olub: Bütün Qədim Roma ondan qorxurdu

Qədim Roma yaşamaq üçün olduqca təhlükəli yer idi. Məsələn, Yuli Sezarın, məşhur qədim qadın riyaziyyatçı Hipatianın və hətta İsa Məsihin qətli kimi səs-küylü c...