Azərbaycanda ağır YOL QƏZASI - Ölən var

Hadisə
10:30 / 16.09.2024
2473
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 1966-cı il təvəllüdlü E.Həsənov aldığı xəsarətdən ölüb.
Daha bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.