Göygöldə qəza - xəsarət alanlar var

Göygöldə qəza - xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

 

Sfera.az report-a istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü V.Məmmədovun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb.

 

Qəza nəticəsində sürücü ilə birgə sərnişin, 1983-cü il təvəllüdlü C.Məmmədov xəsarət alıb.

 

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

 


OXŞAR XƏBƏRLƏR