Polisin "saxla" əmrinə tabe olmadı, piyadanı vurdu


Polisin "saxla" əmrinə tabe olmadı, piyadanı vurdu

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən “Chevrolet” markalı avtomobilin sürücüsü polisin “saxla” işarəsinə baxmayaraq, hadisə yerindən yayınan zaman piyada, 1962-ci il təvəllüdlü rayon rakini Raqif Hüseynovu vuraraq oradan uzaqlaşıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımovun Sfera.az-a verdiyi məlumata görə, keçirilən tədbirlər nəticəsində sürücü Hüseyn Abbasov və avtomobildə olan sərnişin əvvəllər məhkum olunmuş Kənan Məmmədov saxlanılıblar. K.Məmmədovdan psixotrop maddə metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq K. Məmmədovdan Daşkəsən rayonu ərazisində gizlətdiyi 125 qram narkotik vasitə heroin aşkar olunaraq götürüb.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...