Bu ölkədə güclü zəlzələ BAŞ VERDİ

12:23 / 13.05.2024
3915
Meksika sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Meksikadakı zəlzələnin episentrinin Çiapas əyalətinin Brisas Barra de Suchiate bölgəsindən 17 kilometr cənub-qərbdə olduğunu bildirib.
Yerin 75,4 kilometr dərinliyində qeydə alınan zəlzələ qonşu Qvatemalada da hiss olunub.
Qeyd edək ki, zəlzələ də xəsarət alan olmayıb.
Asya