Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU

Hadisə
19:40 / 11.05.2024
10294
17:35
Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, ilkin məlumata görə, zəlzələ 5.2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb.
Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.
***
Lənkəranda qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən monitorinq davam etdirilir.