Bu ölkədə helikopterlər TOQQUŞDU - Ölənlər var

Bu ölkədə helikopterlər TOQQUŞDU - Ölənlər var

Malayziya Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi helikopterin havada toqquşması nəticəsində 10 nəfər həyatını itirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Malayziyanın müdafiə naziri Mohamed Khaled açıqlama yayıb. O bildirib ki, parad məşqi zamanı donanmaya aid iki helikopter havada toqquşub.

 

“Qəza nəticəsində ümumilikdə 10 nəfər ölüb. Onlar şəxsiyyətlərinin müəyyən edilməsi məqsədilə Lumut dəniz bazası hərbi xəstəxanasına göndərilib".

 

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

 

Asya


OXŞAR XƏBƏRLƏR