Xaçmaz bazarında yanğın oldu

Xaçmaz bazarında yanğın oldu

Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub.

 

Bu barədə Sfera.az-a FHN-dən məlumat verilib.

 

Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində 2 ədəd soyuducu yanıb.

 

Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR