Hacıqabulda dəhşətli qəza: 8 nəfər xəsarət aldı

Hacıqabulda dəhşətli qəza: 8 nəfər xəsarət aldı

Hacıqabulda yol qəzası baş verib.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.

 

Hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla 8 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

 

Xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR