Bakıda hoteldə yanğın başlayıb
19:29 / 20.04.2024
6070
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə Sfera.az-ə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.