Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Mais Nəzərovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

 

Qeyd olunan şəxs Qazaxıstan ərazisində saxlanılaraq bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 22 m/s, Şirvanda 20 m/s, Naftalanda 16 m/s-dək güclənib.  ...

Hərbçimiz Kəlbəcərdəki qəzada HƏLAK OLDU - YENİLƏNDİ

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.   ...

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

13 yaşına qədər uşaqlar smartfondan istifadə etməməli, 18 yaşından kiçiklərin isə sosial mediaya girişi qadağan edilməlidir.   Sfera.az bildirir ki, ...

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək ...

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxa...