Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Xətai rayon prokurorluğundan Sfera.az-a verilən xəbərə görə, araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

***

 

09:30

 

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O, xəstəxanya yerləşdirilib.

 

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

 

Araşdırma aparılır.

 

***

 

08:00

 

Bakının Xətai rayonunda qətl baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə Xudu Məmmədov 13 ünvanında qeydə alınıb.

 

Belə ki, iri marketlərin birinin qarşısında 24 yaşlı oğlan sevdiyi 22-24 yaşlı qadının ürək nahiyyəsinə bıçaq zərbəsi vurub.

 

Qadın aldığı xəsarətlərdən ölüb. Daha sonra o, özünə bıçaq zərbələri vurub.

 

Oğlan aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

Qadının meyiti morqa təhvil verilib.

 

Hazırda ölən qadının ad və soyadı dəqiqləşdirilir.

 

Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. (apa)


OXŞAR XƏBƏRLƏR

Dünya Kuboku tarixindəki ən siyasi gərgin matçlar

Dünya çempionatının futboldan kənar mənası var. Çünki ölkələr öz bayraqlarını təmsil edərək bərabər şəraitdə yarışırlar. Bu rəqabət ölkələrin nə qədər zəngin ol...

Evdə qəribə varlıq tapan qadın həqiqəti öyrənəndə şoka düşdü - FOTOLAR

Böyük Britaniyanın Volverhempton şəhərindən olan bir qadın evdə gördüyü “qəribə dələ”nin tamam başqa heyvan olduğu ortaya çıxanda şoka düşüb.  ...

İsveç polisi Quranın yandırılmasına icazə verdi

İsveç polisi Quranın yandırılması ilə bağlı daha bir aksiya keçirməyə icazə verib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, müsəlmanların müqə...

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Bakıda bəy gəlini Bakının Nizami rayonunda 2000-ci il təvəllüdlü Vüsal sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib. ...

Bütün ailəsi narkoman idi: Üç dəfə həbsdə olan gənc hakim oldu

Üç dəfə həbsdə olan Pensilvaniyadan (ABŞ) 27 yaşlı Hənif Conson həyata təmiz səhifə ilə başlamağı bacarıb. O, ştatın ən gənc hakimi seçilib.   Sfera....

Qadınlar həyatlarının bu dönəmində daha çox depressiyaya girirlər

Yeni bir araşdırmaya görə, menopoz dövründəki qadınların hələ bu dövrə girməmiş qadınlara nisbətən depressiyaya düşmə ehtimalı təxminən yüzdə 40 daha çoxdur. ...