Neftçalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs SAXLANILDI - FOTO

Neftçalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs SAXLANILDI - FOTO

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

 

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR