Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlandı

Ötən gün Xankəndidə 8 silah, 3 qumbara tapılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə vətəndaşlardan qanunsuz saxlanılan 1 tapança, 2 tüfəng, 3 patron darağı aşkar edilərək götürülüb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR