Gəncədə QƏZA - Xəsarət alanlar VAR

Gəncədə QƏZA - Xəsarət alanlar VAR

Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü M.Əsədov, 1974-cü il təvəllüdlü V.Bayramov və 1960-cı il təvəllüdlü S.İbrahimov xəsarət alıb.

 

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR