Polisdən ƏMƏLİYYAT - SAXLANILAN VAR - FOTO/VİDEO

Polisdən ƏMƏLİYYAT - SAXLANILAN VAR - FOTO/VİDEO

Qaradağ və Masallı rayonlarında əməliyyat keçirilib, 50 kiloqram narkotik vasitə götürülüb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Aqil Əlizadə Qaradağ rayonu ərazisində saxlanılıb.

 

Həmin şəxsin üzərindən, avtomobilindən və Masallı rayonundakı evindən ümumilikdə 50 kiloqram, o cümlədən 39 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 7 kiloqram heroin, 2 kiloqram metamfetamin, 2 kiloqram tiryək, 2000 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdiyi 2 ədəd elektron tərəzi aşkarlanıb.

 

Araşdırmalarla A.Əlizadə narkotikləri şəxsiyyəti istintaqla araşdırılan “Fərşad” adlı İran vətəndaşından Astara rayonunda əldə etdiyini bildirib. Onun əsas məqsədi kuryerlik edərək narkotikləri müxtəlif ünvanlara çatdırıb pul əldə etmək olub.

 

Faktla bağlı cinayət işi başlanılıb, A.Əlizadə barəsində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

İsrail hərbçiləri Xan Yunisin şərqindəki Abasan qəsəbəsini BOMBALADI

İsrail hərbçiləri Qəzzanın cənubunda yerləşən Xan Yunis bölgəsinin şərqindəki Abasan qəsəbəsində bir evi bombalayıb.   Sfera.az "Al Jazeera"...

Dələduzluğa görə axtarılan 9 nəfər SAXLANILDI

Polis əməkdaşlarının iyulun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan şəxslər saxlanılıb.   Sfera.az xəbər verir ki...

AFFA rəsmisi UEFA-ya TƏYİNAT ALDI

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.   Sfera.az AFFA-nın sayt...

Son bir həftədə aşkarlanan silah-sursatların sayı açıqlandı - FOTO

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.   Daxili İşlər Nazirliyinin ...

Dünya bazarlarında neft UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin d...

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bu qaydalara əməl edin!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) həftəsonu səfərə çıxan sürücülərə və hərəkət iştirakçılarına xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, bu bar...