Azərbaycanda polkovnik-leytenant VƏFAT ETDİ - FOTO

Azərbaycanda polkovnik-leytenant VƏFAT ETDİ - FOTO

Ehtiyatda olan polkovnik-leytenant vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib.

 

"Dünən səhər saatlarında bizim əziz və çox mehriban zabit dostlarımızdan biri olan ehtiyatda olan polkovnik-leytenant Ağasəməd Manafov sıralarımızdan ayrıldı. Haqqın dərgahına qovuşdu.

 

06 yanvar 1970-ci ildə Bakıda anadan olan zabit dostumuz Cəmşid Naxçıvanski adına hərbi liseyi -(1984-1987-ci illər) bitirdikdən sonra, Lvov Ali Hərbi Siyasi Məktəbinə daxil olub və 1988-ci ildən 1992-ci ilə qədər orada ali hərbi təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti kimi xidmətə başlayıb və 2015-ci ildə ehtiyata tərxis olunub.

 

Təhsil aldığı ali hərbi məktəblərin hər ikisində nümunəvi və əlaçı müdavim, kursant olub. Zabit kimi də üzərinə düşən tapşırıqları yüksək səviyyədə yerinə yetirib. Müxtəlif vəzifələrdə pillə-pillə irəliləyərək polkovnik-leytenant rütbəsinə kimi yüksəlib.

 

Gözəl ailə başçısı olan Ağasəməd Manafovun 2 gözəl qız övladı ondan yadigar qalıb. Qızların hər ikisi Azərbaycan Tibb Universitetinin 2-ci və 5-ci kurs tələbələridir.

 

Dünən saat 17-18 radələrində Bakının qədim və möhtəşəm Maştağa kənd qəbirstanlığında dəfn olunan qardaşımızın hüzr mərasimi onun ata ocağında keçirilir. Sabah saat 18-də əziz dostumuzun və qardaşımızın məzarı ziyarət olunacaq və ata ocağında ona mərasim keçiriləcəkdir. Onu tanıyan və bilən dostlara xatırlatmaq istərdim ki, əziz Ağasəməd qardaşımız biz Lvov Ali Hərbi Siyasi Məktəbinin məzunları arasında son dərəcə böyük hörmətə və diqqətə layiq yoldaşlardan biri idi. Lvov Məzunlarının sosial media üzərindən yaradılmış qrupun ən fəal və ən zarafatcıl üzvlərindən biri idi. Hamımız dərin sarsıntı və hüzn içindəyik. Allah qardaşımıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun.

 

Allah hər kəsin dünyasını dəyişən əzizlərini rəhmət eləsin.


Zabit qardaşımızı anarkən onun daima böyük sayğı ilə xatırladığı və andığı əziz Şəhidlərimizi də hörmətlə anırıq, həm Şəhidlərimizin, həm də müharibə içtirakçılarının qarşısında baş əyirik.

 

Ruhun şad, məkanın cənnət olsun, Ağa!

 

Biz Səni, digər vaxtsız dünyadan köçən kursant -tələbə yoldaşlarımız olmuş zabitlərimiz Ravil Rzayevi, Rövşən Məmmədovu və digərlərini də hər zaman qəlbimizdə sayğı ilə xatırlayacağıq". (milli.az)

 


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...