Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlandı

Polis əməkdaşları Xankəndidə silah-sursat aşkar ediblər.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisindən 8 ədəd müxtəlif markalı avtomat silahı, 30 patron darağı, 3 alışdırıcı, 930 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


OXŞAR XƏBƏRLƏR