Bakıda yaşayış binasında YANĞIN

Hadisə
14:40 / 22.01.2024
5042
Bakıda yaşayış binasında yanğın olub.
Sfera.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd elektrik sayğacı, giriş-çıxış kabelləri 1 p.m və 1 ədəd internet paylayıcı aparat qismən yanıb. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.