Lənkəranda iki avtomobil toqquşdu: Yaralılar var
Hadisə
21:40 / 06.01.2024
10639
Lənkəranda avtomobillər toqquşub, yaralılar var
Sfera.az xəbər verir ki, hadisə Ələt-Astara-İran dövlət sərhəd yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, VAZ-2107" və "Ford" markalı avtomobillər toqquşub.
Nəticədə Astara rayonunun Çayoba kənd sakinləri - 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev müxtəlif xəsarətlər alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.